Tarix : 2014 Dec 20
Kod 45031

İlahiyyatçı Elşən Mustafaoğlu artıq bir neçə gündür ki, MTN-də saxlanılır

İlahiyyatçı artıq 4 gündür MTN-in təcridxanasında saxlanılır

Arannews - İlahiyyatçı Elşən Mustafaoğlu artıq bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılır.

Məlumatı Elşən Mustafaoğlunun yaxınları ilə dəqiqləşdirmişik.

Daxil olan məlumata görə, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 4 gündür MTN-in təcridxanasında saxlanılır.

İlahiyyatçının hansı maddə ilə ittiham olunduğu hələ ki, məlum deyil.

  • Yazılıb
  • da (də) 2014 Dec 20