Tarix : 2014 Dec 19
Kod 45028

Azərbaycanda yeni marşrutlaşdırma proqraminin yaradilmasi

“Facebook”-u, “İnstagram”-ı geridə qoymuş proqramın azərbaycanlı kompüter üzrə mütəxəssisi Cəfər Nəcəfov tərəfindən hazırlanmış “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “Whatsapp”, habelə “İnstagram” kimi proqramlarını geridə qoyub.

AranNews- yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, “Hara gedək?” proqramı top reytinqdə birinci yerdə qərarlaşıb. Proqramın müəllifi, kompüter üzrə mütəxəssis Cəfər Nəcəfov əməkdaşımızla söhbətində bildirdi ki, proqramın adının belə adlandırılması heç də təsadüfi deyil.
bir neçə gündür yaranmasına baxmayaraq, proqram 100000-ə yaxın istifadəçi tərəfindən idarə olunur. Hətta “Hara gedək” “Top Free” bölməsində digər proqramları qabaqlayaraq birinci yerdə qərarlaşıb. Bu proqram vasitəsi ilə Bakı şəhərində olan əyləncə, iaşə obyektləri, ticarət mərkəzləri, restoran və kafelər barədə məlumat ala, şəkillərini nəzərdən keçirə və əlaqə nömrələrinə bir başa zəng edə bilərsiniz. Bundan başqa, proqram sizin getməyi arzuladığınız məkanı xəritə vasitəsilə müəyyən edir və sizə rahat gediş yolunu təqdim edir.
Xəritə xüsusiyyəti vasitəsilə siz olduğunuz ərazi ətrafında ən yaxın yerləşən məkanları görə bilərsiniz. İstifadəçilərin səsvermələri nəticəsində məkanların reytinq vasitəsilə qiymətləndirilməsi sizə qərar verməyinizdə daha da köməkçi olacaq.
Proqram eyni zamanda Facebook və Twitter sosial şəbəkələri ilə inteqrasiya olunmuşdur.
Proqram JN Design şirkəti tərəfindən yaradıldığı üçün proqramla bağlı yenilikləri burada yerləşdirəcəyik.
Yaxın günlərdə bu proqram həmçinin “Android” və “Windows” əməliyyat sistemi ilə çalışan telefonlar üçün hazırlanacaq. “Hara gedək?” proqramına günü-gündən yeni məkanlar əlavə olunmaqdadır. Habelə tezliklə onun xüsusiyyətləri, spesifik funksiyaları daha da zənginləşdiriləcək. “Hara gedək” insanların həyatını asanlaşdırmaq məqsədilə yaradılıb. Belə ki, “Hara gedək” xəritədə proqram istifadəçinin yerini müəyyənləşdirib ona yaxınlıqda yerləşən məkanlar barəsində dolğun məlumat çatdırır. Eləcə də onun istəyinə uyğun olaraq proqram istifadəçinin getmək istədiyi məkanla bağlı onda hərəkət marşrutu yaradır”.

  • Yazılıb
  • da (də) 2014 Dec 19