Tarix : 2014 Dec 09
Kod 44938

gizli “Turan ordusu” plan yoxsa sohbət

“Hemayat” saytı türkdilli ölkələrin vahid türk ordusu yaratdığını iddia edib

AranNews- Ukrayna böhranından sonra türkdilli dövlətlər bir-biri ilə daha sıx tellərlə bağlanmaq istiqamətində hərəkətə keçib. Çünki eyni ssenarinin bu ölkələrdə də baş verməsi ehtimalı var.
Sayt müasir “Turan ordusunun” Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan ibarət olduğunu bildirib: “Bu ordu “Avrasiya güclərinin hərbi birliyi” adlanır. Bu hərbi blokun ilk iclası 2012-ci ildə Bakıda keçirilib. Bu görüşdə adı çəkilən ölkələrin hərbi rəhbərliyinin nümayəndələri iştirak edib. Ehtimallara görə, bu ittifaqa əlavə dövlətlər qoşula bilər. Monqolustan nümayəndə heyəti əlverişsiz hava şəraitinə görə uçuş yerinə yetirmə bilmədiklərini açıqlayıb. Lakin onlar növbəti iclaslarda olacaqlarını elan ediblər. Orda səslənən bəyanatlar türkdilli ölkələrin hərbi əməkdaşlığının möhkəmləndirilməsi üçün blok yaradılmasının hədəf olduğunu göstərir. Blokun mərkəzi qərargahının Ankarada təsis olunacağı güman edilir. Lakin blokla bağlı məsələlər tam həll olunmayıb. Çünki Türkiyə Şimali Atlantik İttifaqının üzvüdür və bu ölkədə NATO-nun hərbi bazaları var. Digər türkdilli ölkələrin fikrincə, bu fakt ittifaqın mövcudluğunu şübhəyə alır”.
Sayt türkdilli dövlətlərin ittifaqının NATO kimi təkcə hərbi blok olmayacağını da iddia edir.
2012-ci ildə Rusiya KİV-i Türkiyənin, Azərbaycanın və Orta Asiyanın iki ölkəsinin ümumi bayraq altında çıxış etməsi haqda məlumatlar yaydı. O vaxt Türkiyənin xarici işlər naziri olan Əhməd Davudoğlu da media qarşısında Türkiyə, Qırğızıstan, Azərbaycan və Qazaxıstanın türkdilli dövlətlərin ümumi bayrağı haqda razılığa gəldiklərini açıqladı. Bu bayraqda 4 ölkənin simvolu yer alıb:  Qırğızıstan bayrağının günəşi, Azərbaycan bayrağının ulduzu, Türkiyə bayrağının ayparası və Qazaxıstan bayrağının çiçək ornamenti”, - deyə sayt bildirib.

  • Yazılıb
  • da (də) 2014 Dec 09