Tarix : 2014 Dec 07
Kod 44925

Ermənistanın hakim “Qarabağ klanı" ölkəni tərk etməyə hazırlaşır

Ermənistan rəhbərliyi ölkədə başlanacaq böhranın daha da dərinləşəcəyini artıq indidən hiss edir və getməyə hazırlaşır

Arannews - Məlumata görə, Ermənistan mətbuatı Serj Sarkisyanın komandasının bazardan aktiv şəkildə valyuta almağa başladığından yazır.

Ermənistan Mərkəzi Bankının açıqladığı statistik məlumatları dərc edən “Haykakan jamanak” qəzetinin yazdığına görə, bu həftə Ermənistan bankları bazarda 145 milyon dollar satıb və yalnız 70 milyon dollar alıb.

Bu keçən ilin dekabr ayının birinci həftəsi ilə müqayisdə təxminən 40 milyon dollar çoxdur. Keçən ilin dekabr ayının birinji həftəsində Ermənistan bankları 100 milyon dollar alıblar və 107 milyon dollar satıblar.

“Haykakan jamanak”ın yazdığına görə, Ermənistanda banklar əhaliyə dollar satmır və dolları yalnız xüsusi adamlar, yəni Serj Sarkisyanın ətrafı alır. Görünür, Ermənistan rəhbərliyi ölkədə başlanacaq böhranın daha da dərinləşəcəyini artıq indidən hiss edir və getməyə hazırlaşır.

  • Yazılıb
  • da (də) 2014 Dec 07