Tarix : 2014 Dec 04
Kod 44904

İran Ermənistanın Azərbaycana qarşı təcavüzündən narahatdir

nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran İslam Respublikasının mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin Azərbaycan Respublikasi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb

Arannews - Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə , X.Xələfov İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran İslam Respublikasının mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin Azərbaycan Respublikasi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

X.Xələfov , Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini bildirib.

  • Yazılıb
  • da (də) 2014 Dec 04