Tarix : 2014 Dec 04
Kod 44902

terrorçu azərbaycanlı həbs edilib

Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub

Arannews - Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı həbs edilib. 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub.

B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.

  • Yazılıb
  • da (də) 2014 Dec 04