Tarix : 2014 Dec 03
Kod 44894

Rusiya Və Azərbaycan Xəzərdə birgə hərbi təlim keçirəcəklər

Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin S-001 bort nömrəli sərhəd gözətçi gəmisi Rusiyanın Mahaçqala limanına səfər edib.

AranNews- Rusiyanın «AiF-Dağıstan» agentliyinə istinadən verdiyi məlumata görə, DSX Sahil Mühafizəsinin rəis müavini Hacıəli Hacıəliyevin başçılığı ilə gəmi heyəti Azərbaycan və Rusiya sərhədçilərinin iyulun 24-də Xəzər dənizində keçiriləcək birgə təlimində iştirak edəcək. Təlim dəniz bioloji resurslarının mühafizəsi ilə bağlı olacaq.
Azərbaycan gəmisi ilə birgə açıq dənizə Rusiyanın "Brilyant" layihəli iki gəmisi və iki hərbi kater çıxacaq.
Agentliyin məlumatına görə, cari ilin sentyabr ayında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dəniz bioloji resurslarının mühafizəsi üzrə razılaşmanı imzalamağı planlaşdırır.

  • Yazılıb
  • da (də) 2014 Dec 03