Tarix : 2014 Dec 03
Kod 44892

qondarma erməni soyqırımınin, qəbul edilməsinə hazirliq

Dünya Kilsələr Birliyinə (WCC) üzv olan kilsələr 2015-ci il aprelin 24-də qondarma erməni «soyqırımı»nı tanımağa hazırlaşır.

AranNews- bu bəyanatla Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib.

G. Gülbəy dünya kilsələrinin erməni «soyqırımı»nın tanınması üçün Türkiyəyə qarşı birləşdiyini və dindən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə hazırlaşdıqlarını deyib: «2015-ci ildə erməni «soyqırımı»nın ildönümündə soyqırımın tanınması və təzminat tələbləri üçün WCCüzvü olan kilsələrin beynəlxalq təşkilatların, hüquqşünasların və insan haqları müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans təşkil etməsi, bu konfransla eyni zamanda Cenevrə Kafedralında erməni «soyqırımı» «qurbanlarını» anmaq üçün dua ayinin təşkili, bu olayın tanınması üçün WCC üzv kilsələrin duaya dəvət edilməsi qərara alınıb».
ASİMDER sədri Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduğunu və bu konfransa qatılacaqlarını bildirərək, iki ölkənin müvafiq dövlət qurumlarını kilsə və dini liderlərə lazımi xəbərdarlıq etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2014 Dec 03