Tarix : 2014 Nov 26
Kod 44835

Erməni saytı Dağlıq Qarabağın işğal olunmuş ərazisin , Azərbaycan ərazisi olduğu bildirilir

Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir

Arannews - Ermənistanın “Tert.am” saytı dərc etdiyi bir xəbərlə Dağlıq Qarabağın işğal edilmiş Azərbaycan ərazisi olduğunu etiraf edib.

Məlumatına görə, bu gün saat 17 radələrində sayta yerləşdirilmiş xəbərin başlığında iri hərflərlə bildirilir ki, Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir. Xəbərin içində isə Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğu bildirilir.

Xəbərdə həm də deyilir iki ədəd hərbi helikopter təlimlər zamanı Azərbaycan tərəfindən atəşə tutulub və yararsız hala düşüb, hazırda həmin helikopterləri təmir etməyə çalışırlar.

Xəbər 10 dəqiqə saytda qalıb və daha sonra çıxarılıb. Erməni mətbuatı xəbərin hakerlər tərəfindən sayta yerləşdirildiyinə inanmırlar. “Tert.am”ın özü də bu barədə heç bir açıqlama vermir. 

  • Yazılıb
  • da (də) 2014 Nov 26