Tarix : 2014 Nov 24
Kod 44809

İran və Azərbaycan dövlət münasibətlərin yüksək səviyyədə qalmasına diqqət ayırmalıdır

Azərbaycanın İranın xarici siyasətində özünəməxsus yeri var

Arannews - İranın xarici işlər nazirinin müavini deyib:  Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dostluq münasibətlərinin əsasını xalqların yaxınlığı təşkil edir və bu dostluq münasibətlərə heç bir qüvvə zərər vura bilməz.

İranın xarici işlər nazirinin müavini, İran prezidentinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi istiqamətində aparılan danışıqlar prosesindəki nümayəndəsi İbrahim Rəhmipur bildirib:  İran quruda 7, dənizdə isə 8 dövlətlə həmsərhəddir. İrana həmsərhəd olduğu 15 ölkə arasında Azərbaycan qədər yaxın olanı yoxdur. Odur ki, Azərbaycanın İranın xarici siyasətində özünəməxsus yeri var. Hər iki dövlət münasibətlərin yüksək səviyyədə qalmasına diqqət ayırmalıdır.

Nazir müavini qeyd edib ki, rəsmi Tehran ilə Bakı iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik sahəsində də əməkdaşlığı prioritet istiqamət hesab edirlər. Bu əlaqələrin inkişafı region xalqlarının daim sülh və şəraitində yaşamasına xidmət edəcək.

  • Yazılıb
  • da (də) 2014 Nov 24