Tarix : 2014 Nov 21
Kod 44787

Ermənistan mağazalarında Azərbaycan çayı satılır

İrəvanın bəzi ərzaq mağazalarında Azərbaycanın brend markası sayılan "Azərçay buket” satılır.

AranNews- Ermənistanın Kənd Təsərrüfatı nazirliyinin ərzaq üzrə dövlət təhlükəsizliyi xidmətinin mətbuat katibi Armine Sukisyan deyib ki, Azərbaycandan Ermənistana heç bir mal keçirilimir. Ancaq o, bəzi Azərbaycan mallarının Ermənistana keçirilməsini də istisna etməyib. Erməni rəsmisinin sözlərinə görə çay şəxsi çantalarda ölkəyə daxil ola bilər.
Ermənistanın qarşılaşdığı bir problem isə "Azərçay” markasının təkcə Azərbaycanda yox, həm də Rusiyanın Kuban regionunda istehsal olunmasıdır. Avrasiya İttifaqına daxil olan ölklələrdə istehsal olunan başqa Azərbaycan markaları da var ki, onlar Ermənistan ərazisinə sərbəst daxil ola biləcək. Bunu Avrasiya İttifaqının şərtləri tələb edir.

Ermənistanda “Azərçay” satılması xəbərinə münasibət

"Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiri Afiq Səfərov bildirib ki, holdinqin istehsal etdiyi qida və ərzaq məhsulları nə Ermənistana, nə də ki ermənistanlı iş adamlarına satılıb.
Ermənistan iqtisadiyyatının iflic, bərbad vəziyyətdə olduğunu deyən A. Səfərov əlavə edib ki, ermənilər "Azərsun Holdinq”in istehsal etdiyi qida və ərzaq məhsullarını Gürcüstandan alıb, daxili bazarda satırlar: "Ermənistanın apardığı işğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatını məhvə məhkum edib. Ermənistan iqtisadiyyatı və sənayesi tam təcrid olunmuş vəziyyətdədir. Faciəvi və bərbad durumda olan ermənilər istehlak ehtiyaclarını Gürcüstan bazarından təmin etmək məcburiyyətində qalıblar. Nəzərə alsaq ki, Gürcüstanın qida məhsullarının əsas təminatçılarından olan Azərbaycanı bu ölkədə təmsil edən "Azərsun Holdinq”dir, yaranmış vəziyyət anlaşılandır. Erməni mağazalarında satılan "Azərçay” Gürcüstan bazarından pərakəndə satışla məşğul olan gürcülərdən alınır. Artıq 5 ilə yaxındır ki, biz bu mənzərə ilə rastlaşırıq”.
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, bu ölkənin mağazalarında "Azərçay” məhsulu satılır.
Ermənistanın kənd təsərrüfatı nazirliyinin rəsmi nümayəndəsi Armine Sukiasyan Tert.am saytına bildirib ki, Azərbaycandan Ermənistana heç bir məhsul idxal olunmur.
"Bununla belə, biz istisna etmirik ki, bu məhsullar pərakəndə şəkildə başqa ölkələrdən gətirilir”, - deyə o bildirib.

  • Yazılıb
  • da (də) 2014 Nov 21