Tarix : 2014 Nov 21
Kod 44785

Təbriz Universitetində "Füzulişunaslıq" elmi konfransı keçirildi

Füzulişünaslıq elmi konfansı İran və Azərbaycanın alim və ziyalılarının birgə iştirakı ilə noyabrın 19-da Təbriz Universitetinin Əllamə Məhəmmədtəqi Cəfəri toplantı salonunda keçirildi.

AranNews - Redaksiyamızın məlumatına görə Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin təşəbbüsü ilə keçirilən "Füzulişünaslıq" konfransında Təbriz Universitetinin rektoru, İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri, Azərbaycanın Təbrizdəki konsulu, Təbriz əhalisinin İslami Şura Məclisindəki nümayəndəsi də iştirak ediblər. Konfrans günortadan qabaq və sonra olmaqla iki dəfə təşkil edilib. Konfransda iştirak edənlər böyük əhli-beyt (ə) şairi Füzulinin əsərləri, xidmətləri və baxışları barədə araşdırmaları təqdim edib və çıxışlar ediblər.
Konfransın açılışında çıxış edən Təbriz Universitetinin rektoru doktor Məhəmmədrza Purməhəmmədi iştirakçılara və qonaqlara öz səmimi təşəkkürlərini bildirərək İran və Azərbaycan arasında qarşılıqlı mədəniyyət, müəllim və tələbə münasibətlərinin genişlənməsinə təkid edib.
Konfransın nəticələri barədə danışan Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru doktor Fərşbafiyan Füzulini arif, alim, əhli-beyt (ə) şairi, ərəb, fars və türk dillərini mükəmməl bilən dilşünas, şerlərində İslam dinini və insaniyyət cövhərini irəli çəkən bir şair kimi təqdim etdi.

  • Yazılıb
  • da (də) 2014 Nov 21