Tarix : 2014 Nov 15
Kod 44723

Kiyanuş Rüstəmi dünya çempionu oldu

Ağırlıq Qaldırma Dünya Çempionatında yarışlara qatılan Kiyanuş Rüstəmi 85 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

AranNews- Qazaxıstanın Almaata şəhərində keçirilən ağırlıq qaldırma  üzrə dünya çempionatının davamında İran təmsilçisi Kiyanuş Rüstəmi 85 kiloqram çəki dərəcəsində A qrupunda 9 rəqiblə yarışmış və birdəfəlik təkanla 118 kiloqramı qaldıraraq gümüş və 213 kiloqramı ikidəfəlik takanla qaldıraraq qızıl medal qazanmışdır. Sonda 391 kiloqramı qaldıraraq iki qızıl və bir gümüş medal qazanmışdır.

Kiyanuş Rüstəmi bundan qabaq da 2011-ci Paris dünya çempionatında qızıl və 2012-ci ilin London olimpiadasında bürünc medal qazanmışdı.

  • Yazılıb
  • da (də) 2014 Nov 15