Tarix : 2014 Nov 01
Kod 44539

Dağlıq Qarabağ ərazilərində qanunsuz maliyyə əməliyyatlari aparilir

Azərbaycan Mərkəzi Bankı beynəlxalq kart təşkilatlarına bu məsələni ciddi nəzarət altında saxlamağı tapşırıb

Arannews - Azərbaycan Mərkəzi Bankı (AMB) Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı “VISA Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatlarına rəsmi müraciət edib.

AMB beynəlxalq kart təşkilatlarına bu məsələni ciddi nəzarət altında saxlamağı tapşırıb.

“Cari ilin əvvəlində “MasterCard Worldwide” təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistan Respublikasının daxilində göstərilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb. Təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranıb və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankının diqqət mərkəzindədir. Belə ki, son illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra pul köçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb”-deyə, məlumatda vurğulanır.

  • Yazılıb
  • da (də) 2014 Nov 01