İranın "Əsas və Kliniki Nevrologiya Konqresi"nin rəisi İran İslam respublikasının nevrologiya sahəsində elmi inkişaf baxımından dünyanın lider ölkələrindən birinə çevrildiyini bildirib.
AranNews- Məhəmməd Təqi Coğatayi 3-cü Əsas və Kliniki Nevrologiya Konqresinin açılış mərasimində İranda tibb sahəsində yazılan məqalələrin dörddə birinin nevrologiya sahəsində olduğunu bildirərək, deyib: İran nevrologiya sahəsində elmi istehsalın 100%-lik artımının ardınca dünyada nevrologiya sahəsində elmin istehsalında öncül ölkəyə çevrilib.
Coğatayi daha sonra deyib: 2004-2012-ci illər ərzində İran , Çin və Cənubi Koreya bu sahədə ən yüksək inkişaf göstəricisinə malik olublar.
İranın Rifah və Reabilitasiya Universitetinin dekanı həmçinin deyib: İran hal-hazırda nevrologiya sahəsində elmi fəaliyyət baxımından Türkiyə ilə bərabər dünya ölkələri arasında 23-cü pillədə durur.