Tarix : 2014 Oct 29
Kod 44526

Azərbaycan Respublikasinda Hüseyn (ə) Südəmərləri mərasimi bu il Məhərrəmlikdə baş tutacaq

Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyasının təşəbbüsü ilə hər il məhərrəm ayının 1-ci cüməsində Hüseyn (ə) Südəmərləri mərasimi dünyanın bir çox yerində keçirilir

Arannews - 2003-cü ildə Hüseyn (ə) Südəmərləri toplantısının keçirilməsi ilə öz işinə başlayan Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyası bir dini və xəlqi qurumdur.

Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyasının təşəbbüsü ilə  hər il məhərrəm ayının 1-ci cüməsində Hüseyn (ə) Südəmərləri  mərasimi dünyanın bir çox yerində  keçirilir.

12-ci Hüseyn Südəmərləri mərasimi Pakistan, İraq, Küveyt, Ərəbistan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Əfqanıstan, Türkiyə, Oman, Qətər, Yəmən, Amerika, Hindistan, Nigeriya, Uqanda, Tanzaniya, Burkino-Faso, Seneqal, Kameron, Almaniya, Çili, Fransa və sairə kimi 40 ölkədə keçirilir. 20 min paltar 5 dildə, farsca, ərəbcə, ingiliscə, urdu və azərbaycanca 40-dan çox ölkəyə göndərilmişdir.

Bu il Hüseyn (ə) Südəmərləri mərasimi İranın 32 ostanında 2500-dən çox məkanda və 5 qitənin 40 ölkəsində 230 məkanda keçirilir.

Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyasının sədri Davud Mənafipur beynəlxalq Səhər TV-yə bildirib : “Bu toplantı həm rövzəxanlıq, həm də "Kərbəla: Şiənin həyatı və Həzrət Əli Əsğər (ə) Kərbəlanın həyatı" mövzusunda keçirilir. Həzrət Əli Əsğər (ə) Beynəlxalq Assambleyası dünyada Aşura məktəbinin bərpa olunmasını  məqsəd seçib. Dünyanın müxtəlif dillərinə 2000-dən çox sayt, 50-dən çox islam və qeyri-islam televiziyaları, bütün informasiya agentlikləri və 90 KİV bunu əks etdirmişdir.  Bu hərəkatın  heç bir vəchlə siyasi cəhəti yoxdur. Biz Həzrət Əli Əsğərin (ə) şəhidliyini irəli sürməklə təkcə şiəlikdə deyil, sünnilikdə və xristianlıqda və bütün dinlərdə Kərbəlanı dünyaya tanıtdıra bilərik. Qafqaz ölkələrində, xüsusilə də Azərbaycanda da bu məsələ çox yaxşı qarşılanır və bu il əgər Allah istəsə, Azərbaycanın üç şəhərində bu mərasim təşkil olunacaq.”

  • Yazılıb
  • da (də) 2014 Oct 29