Tarix : 2014 Oct 25
Kod 44471

vicdan məhbusu Tale Bağırovun kars müddəti artırıldı

Tale Bağırovun "kars" cəzası 1 aya qədər artırılıb

Arannews - Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırovun 12 saylı Cəzçəkmə Müəssisəsində "kars"a salınması barədə məlumat vermişdik

Ötən həftənin 4-cü günü 1 həftəlik cərimə kamerasına salınan ilahiyyatçının cəza müddəti oktyabr ayının 23-ü bitməli idi. Lakin Tale Bağırovun "kars" cəzası bitən kimi, 1 aya qədər artırılıb. Bu barədə Azadxeber.az-a ilahiyyatçının yaxınları məlumat veriblər.   

Qeyd edək ki, Tale Bağırzadə guya həbsxananın vahid forma geyiminə riayət etmədiyinə görə "karsa" salınıb. 

Onu da xatırladaq ki, hazırda həbsdə olan digər ilahiyyatçı alimlər AİP lideri Mövsüm Səmədov və mübariz ruhani Abgül Süleymanov karserə salınıb.

Ölkə ictimaiyyəti və inanclı kəsim ruhanilərlə bağlı baş verənləri sırf siyasi sifariş hesab edirlər.

  • Yazılıb
  • da (də) 2014 Oct 25