Tarix : 2014 Oct 25
Kod 44466

Hacı Abgül Süleymanov Qobustanda yerləşən qapalı tipli cəza çəkmə müəssisəsinə köçürüləcək

Hacı Abgül Süleymanov hələ də cərimə kamerasında saxlanılır və "kars"da da qalacaq. Cərimə kamerasından da Qobustanda yerləşən qapalı tipli cəza çəkmə müəssisəsinə köçürüləcək

Arannews - Hacı Abgül Süleymanovun yaxınları onun vəziyyəti ilə maraqlanmaq üçün 13 saylı CÇM-ə gedib.

 bu barədə ruhaninin yaxınları məlumat verib.

Hacı Abgül Süleymanovun vəziyyəti ilə maraqlanmaq üçün həbsxanaya gedən qohumlarına bildirilib ki, Hacı Abgül Süleymanov hələ də cərimə kamerasında saxlanılır və "kars"da da qalacaq. Cərimə kamerasından da Qobustanda yerləşən qapalı tipli cəza çəkmə müəssisəsinə köçürüləcək. Buna səbəb kimi isə həbsxanada yaranmış insident göstərilib.

Xatırladaq ki, bir müddət öncə Hacı Mövsüm Səmədov da, saxlanıldığı 11 saylçı CÇM-dən 12 saylı CÇM-ə köçürülüb, cərimə kamerasında saxlanılıb və daha sonra Qobustana göndərilirməyinə qərar verilib. Hacı Tale Bağırov da saxlanıldığı 12 saylı CÇM-də cərimə kamerasına salınıb.

  • Yazılıb
  • da (də) 2014 Oct 25