Tarix : 2014 Oct 24
Kod 44458

inflyasiyanı Azərbaycan Hökumətidə etiraf edir

Vahid Məhərrəmov: «Yeni ilə yaxın qiymətlər çoxli artacaq.»

AaranNews- Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərdə də ölkədə bahalaşma dalğasının davam etdiyi etiraf olunur. Rəsmi statistikaya görə, bu ilin sentyabrında meyvə-tərəvəzin qiymətində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin artım olub. Illik müqayisədə ərzaq məhsulları 1 faiz bahalaşdığı halda, bəzi ərzaq növlərində bahalaşma tempinin ümumi göstəricini bir neçə dəfə ötdüyü bildirilir.

Ötən ilin sentyabrında kiloqramı 6,04 manat olan kərə yağının bu ilin sentyabrında orta hesabla 6,85 manata satıldığı, yəni, bu yağın kiloqramında 81 qəpik artım olduğu qeyd edilib. Həmçinin, ötən il 83 qəpiyə satılan süd bu ilin sentyabrında 87 qəpiyə satılıb. Bu minvalla Azərbaycanda son bir ildə çayın 6 faiz bahalaşdığı, duz və buğda ununun qiymətinin son bir ildə 8,2 faiz artdığı bildirilib. Rəsmi rəqəmlərdə düyünün son bir ildə 13,2 faiz, çuğundurun 9,3 faiz, almanın da təxminən 9 faiz bahalaşdığı qeyd olunub.
Bəzi ərzaq məhsulları üzrə isə qiymət artımı daha böyük olub.ÿKartofun qiyməti son bir ildə 30,5 faiz,ÿkələm 68 faiz,ÿxiyar 21 faiz, pomidor isə 38,6 faiz bahalaşıb.
Belə bir situasiyada, görəsən, ölkə əhalisini qış aylarında hansı “sürpriz”lər gözləyir? Qiymətlər stabil qalacaq, yoxsa artan templə davam edəcək? Bu suallara kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmovla cavab tapmağa çalışdıq.
Ekspert deyir ki, bu il müşahidə olunan məhsul qıtlığı qiymət artımında özünü göstərdi. Soyuducu anbarlarda keçən illə müqayisədə az məhsul saxlanıldığını deyən Vahid Məhərrəmovun sözlərinə görə, bu da xaricdən daha çox mal-məhsul gətiriləcəyinə əsas yaradır. Xaricdən gətirilən məhsulun qiyməti də sözsüz ki, daha yuxarı olacaq.
“Daxili istehsalla idxal məhsullarının qiymətində sözsüz ki fərq var. Xaricdən gətirilən məhsulların daşınma və digər xərclərinə görə, eləcə də bu işdə xüsusi şəxslərin marağına görə qiymətlərdə kəskin fərq özünü göstərir. Onlar da bazara baxaraq, daxili bazardakı çatışmazlığa görə yaranmış vəziyyətdən sui-istifadə edib qiyməti daha yüksək həddə qaldırırlar”, - deyə ekspert bildirib.
Azərbaycanın əsasən Türkiyə və Irandan məhsul idxal etdiyini xatırladan Vahid Məhərrəmov onu da qeyd edir ki, Rusiyanın Qərblə münasibətlərindəki gərginlik və sanksiyalara görə bizdən bu ölkəyə ixrac olunan məhsul artıb, bu da vəziyyəti ciddi təsir göstərir. Situasiyanı təhlil edən ekspert qış aylarında qiymətlərin indikinə nisbətən daha da bahalaşacağını vurğulayır: “Xüsusilə yeni ilə yaxın kənd təsərrüfatı məhsullarının qiyməti ciddi şəkildə artacaq”.

  • Yazılıb
  • da (də) 2014 Oct 24