İran İslam Respublikası dəfələrlə bildirib ki, Ermənistan ilə əlaqələrimiz heç bir ölkəyə qarşı yönəlməyib
Arannews - İran İslam Respublikası Xarici
İşlər Nazirliyinin sözçüsü bu gün yerli
və xarici media təmsilçilərinin iştirakı ilə keçirdiyi həftəlik brifinqində Ermənistan
baş nazirinin İrana səfəri ilə bağlı deyib: Ermənistan baş nazirinin İrana səfəri
zamanı iki tərəf arasında mühüm müzakirələr baş tutub.
İran-Ermənistan münasibətlərinin inkişaf
halında olduğunu deyən Mərziyyə Əfxəm əlavə edib: Bu səfər zamanı müxtəlif sahələrlə
bağlı bir çox anlaşma əldə olundu. Həmçinin qərara alındı ki, əldə olunmuş
anlaşmaların icrasına nəzarətin təmin edilməsi üçün lazımi sənədlər imzalansın.
Bunun ardınca əldə olunmuş anlaşmaların icra prosesi və irəliləyişi hər iki tərəf
üçün aydın olmuş olacaq.
Mərziyyə Əfxəm daha sonra deyib: Bu səfər
zamanı regional məsələlərlə bağlı fikir mübadilələri də aparıldı. İran və Ermənistan
region məsələləri ilə bağlı nisbətən yaxın mövqeyə malikdirlər. Bu kimi fikir
mübadilələrinin aparılması və baxışların bir-birinə yaxınlaşdırılması regional
məsələlərin həllinə kömək etmiş olur.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan
baş nazirinin İrana səfərinin ardınca Azərbaycanda bəzi mediaların İrana qarşı
bəzi hərəkətlər həyata keçirmələri haqda da deyib: Biz dəfələrlə bildirmişik ki, Ermənistan ilə əlaqələrimiz
heç bir ölkəyə qarşı yönəlməyib. Bəzi medialar daim mənfi atmosfer yaratmağa
çalışırlar. İki ölkə əlaqələri və siyasi münasibətləri ilə bağlı bir sıra həssaslıq
nümayiş etdirirlər. Onlar bu gerçəkliyi qəbul etməlidirlər ki, regional məsələlər
regional əməkdaşlıqlar və müzakirələr yolu ilə həll ediləsidir. Aydın məsələdir
ki, İran və Ermənistan ikitərəfli əməkdaşlıqlarla yanaşı, regionda sülh və
sabitliyin bərqərar edilməsi və qonşu ölkələrin məsələlərini ciddi formada izləyiblər.
Ümidvarıq, medialar bu səfərin bu cəhətini keçmiş ilə müqayisədə daha geniş
formada və real baxışla işıqlandırmış olsunlar və İranın qonşu ölkələr ilə əlaqələri
bəzi mediaların mənfi təbliğatlarının təsiri altına düşməsin.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü
İran İslam Respublikası prezidentinin Azərbaycan və Qafqaz regionu ölkələrinə səfəri
barədə də bu səfərin cənab Həsən Ruhaninin iş gündəmində durduğunu və səfərlə
bağlı zaman cədvəlinin müəyyən edilməsi ilə medianın bu barədə məlumatlandırılacağını
bildirib.