Tarix : 2014 Oct 23
Kod 44440

Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilməz

Bu layihəyə Ermənistandan başqa istənilən bir dövlət qoşula bilər

Arannews -  "Bakı-Tiflis-Qars layihəsinə Ermənistandan başqa, arzu edən bütün tərəflər qoşula bilər".

Məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov Ermənistanın Bakı- Tiflis- Qars dəmiryoluna qoşulması məsələsinə aydınlıq gətirərkən deyib. Arif Əsgərov onuda bildirib ki, bu məsələyə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər.

“Bu layihəyə Ermənistandan başqa istənilən bir dövlət qoşula bilər. Dəmir yolu məsələsində bizim ermənilərlə heç bir əlaqəmiz indiyə qədər olmayıb. Çünki bizim onlarla münasibətimizin olması qeyri-mümükündür”- deyə Arif Əsgərov bir daha vurğulayıb.

  • Yazılıb
  • da (də) 2014 Oct 23