Tarix : 2014 Oct 23
Kod 44435

İran islam respublikasinin vitse-prezidenti Bakıda Elitar Gimnaziyada olub

İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şahindoxt Movlaverdi və bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin Bakıdakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada olublar.

AranNews- Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan təhsil nazirinin müavini Firidun Qurbanov, gimnaziyanın direktoru Sevda Quliyeva bu təhsil müəssisəsi barədə məlumat veriblər.
Qeyd edilib ki, hazırda 1164 şagirdin təhsil aldığı gimnaziyanın bu il 47 məzununun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 9-u xarici ölkələrdə təhsil alır. Görüşdən məmnun qaldığını bildirən Şahindoxt Movlaverdi İranın təhsil sistemi haqqında məlumat verib.Qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. 

  • Yazılıb
  • da (də) 2014 Oct 23