Tarix : 2014 Oct 22
Kod 44423

Xəzər Sammiti, geosiyasi rasionallıq və gələcək idarəetmə

Regionda və beynəlxalq aləmdə yeni saziş və konfliktlərin şahidi olduğumuz bir şəraitdə Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti Xəzər hövzəsinin ümumi təhlükəsizliyi, qaçaqmalçılıq, narkotik maddələr, terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə, ətraf mühitin qorunması, bioloji resurslarının qorunub saxlanması, ekologiya, iqtisadiyyat, tranzit və s. mövzularla öz işinə başladı. Ölkəmizin prezidenti cənab doktor Ruhani də bu sammitdə iştirak etdi. Doktor Ruhani bu səfərdə Xəzər iclası məsələlərindən ayrı olaraq Vladimr Putinlə ikitərəfli görüşlər keçirdi, mətbuat konfransında jurnalistlərin suallarına cavab verdi və digər görüşlərdə iştirak etdi.
Həştərxanda baş tutan qısa sammit öz həqiqi nəticələrindən əlavə də çox önəmli idi. Çünki onun ümumi yanaşmaları region ölkələrin əməkdaşlığı, yaxınlaşması və bunun manelərini aradan qaldırmaq proqramı çərçivəsində idi. Xüsusilə də Rusiya, Mərkəzi Avrasiyanın və Xəzər dənizinin geosiyasətinin təsirli oyunçusu kimi qərb dövlətləri ilə strateji münaqişə şəraitində idi və beynəlxalq hakim ölkələrin təzyiqlərinə məruz qalmışdı. Rusiya indi ötən illər müddətində İran İslam Respublikasına qarşı olan sanksiyaları daha yaxşı anlayır və ona görə də ABŞ və qərblə daha ciddi sərhədlər yaratmaq ardıncadır.
Belə bir durumda regionda yaxınlaşma sistemini yaratmaq və onu daha da sürətləndirmək üçün mexanizmi işləmək regionun potensiallarından daha artıq istifadə etmək və təzyiqlərin həcmini azaltmaq üçün ruslara daha çox fayda verə bilər.
Bununla belə Xəzər məsələləri sahil ölkələrin milli strategiyasının uyğunsuzluğuna tərəf gedib və əgər siyasi iradə göstərilməsə onun tam və metodik həll yolu da gələcəkdə gerçəkləşməyəcək.
Paradigma tərəfdaşlıqdan hüquqi statusa qədər
Xəzər hövzəsinin əhəmiyyət kəsb edən məsələlərindən biri də Xəzər dənizinin hüquqi statusudur. Sahil ölkələri vahid hüquqi statusun olmasını faydalı və ağıllı fikir kimi qəbul etmələrinə baxmayaraq bu məsələnin həlli istiqamətində müxtəlif təkliflər irləi sürülmüşdür və hələ də yekdil rəyə gəlinməyib. Təklif edilən hüquqi status modellərini bir baxışda üç qrupa bölmək olar:
1. Xəzər dənizini 20% olaraq 5 bərabər hissəyə bölmək əsasında su sərhədlərinin təyin edilməsi: Qazaxıstan və Türkmənistan ölkələri Rusiya, İran və Azərbaycana nisbətən daha çox su sərhədlərinə malik olduğundan bu təkliflə razılaşmırlar. Çünki belə olduqda onlar iddialı olduqları su hövzəsindən bir hissəsindən əl çəkməli olurlar.
2. Xəzər dənizinin sərhədlərinin sahil ölkələrin sərhədləri əsasında bölünməsi üzrə təyini: Bu modeldə də bəzi yerlərdə suyun quruya artmasından və bəzi yerlərdə də qurunun dənizə tərəf artması kimi Xəzərin təbii vəziyyətinə görə bir tərəfdən İran, Türkmənistan və Azərbaycan, bir tərəfdən də Türkmənistan və Azərbaycan arasında olan fikir ayrılığı vardır. Üstəlik Xəzər dənizinin dibi və yeraltı ehtiyatlarının bölünməsi də dənizin ortaq mənbələri cəhətindən çoxlu çətinliklər qarşıya çıxarır.
3. Suyun səthini ümumi halda ortaq olaraq sahil ölkələr arasında sərhədini təyin etmək, dənizin dibini və yeralti yataqları Xəzəryanı ölkələrin sahil sərhədləri əsasında bölmək: Bu model də mənbə və dəniz sahillərinin bölüşmədə insaf prinsipinin görməməzliyə vurulmasına əsasən İranın müxalifəti ilə üzləşmişdir.
İndiyə kimi Rusiya, Qazaxıstan və Azərbaycan üç ölkə olaraq dənizin dibi barədə razılığa gələrək üçtərəfli anlaşma imzalayıblar. Başqa sözlə neçətərəfli razılaşma, ümumi razılaşmanın yerini tutub. Belə yanaşma və onun nəticələri qabaqkı iclaslarda ümumi razılığa gəlməyə mane olmuşdur.
Qeyd edək ki, bundan qabaq da üç zirvə görüşü 2002-ci ildə Aşqabadda, 2007-ci ildə Tehranda və 2010-cu ildə Bakıda baş tutmuşdur. Aşqabad sammitində İranın Xəzərdə payı 11/3% göstərildiyindən ixtilaflar çox dərinləşdi, hətta İran dövlət başçısı bu görüşdə iştirak etmədi və buna görə yekun bəyanat imzalanmadı. Bundan digər sammitlərdə isə indiyə kimi Xəzər dənizində ekologiya, gəmçilik, balıqçılıq, nərə balığının ovlanmasına 5 il qadağa qoyulması barədə razılıqlar əldə edilmiş, Xəzərdən sülh məqsədilə istifadə, statusunun müəyyən edilməsi, hövzə ölkələrinin bir-birinə qarşı silahlı qüvvələrdən istifadə etməməsi və müzakirələrin davam edilməsinə təkid edilmişdir.
Xəzərdə strategiyalar və qeyri-strategiyalar
Xəzərin diqqəti çəkən enerji ehtiyatları ilə onun geosiyasi və geostrateji imkanları Xəzər məsələsini və onun ətrafında gedən mövzuları daha da mürəkkəbləşdirmişdir. Trans-Xəzər güclərin bu hövzəyə daxil olması və onların regionun müxtəlif strateji məsələlərində rol və nüfuzu Xəzəryanı ölkələrin yaxınlaşmasına ciddi mane yaratmışdur. Bu günləri Xəzər dənizində enerji mənbələri, tranzit gücü kimi əhəmiyyət kəsb edən məsələləri regional strukturlara üstünlük təşkil etdikcə, onu yaxınlaşmamaq, hətta regionda anti-yaxınlaşma adlandırmaq olar.
Deməli, bir ümumi nəticədə və geostrateji baxımdan 3 səbəb üzündən; enerji mənbələri (neft və qaz), strateji mövqeiyyət (təhlükəsizliyin təmini), rabitə və tranzit baxımından gələn onillikdə Xəzər dənizi hövzəsi siyasi, təhlükəsizlik və iqtisadi çəkişmələrin mərkəzinə çevriləcək. Çünki böyük sənaye ölkələri xüsusilə də ABŞ 11 sentyabr hadisəsindən və radikallığın genişlənməsindən sonra sənaye ölkələrinə enerji verə bilən mərkəzlərin müxtəlif olmasına çalışırlar ki, bununla özlərinin Yaxın Şərqə asılılıqlarlarından az da olsa yaxa qurtarsınlar. Digər tərəfdən geosiyasi təhlükəsizliyi də nəzərə almaq lazımdır. Həqiqətdə Xəzərin geostrateji mövqeiyyəti belədir ki, Yaxın Şərq, Avropa, Rusiya və Çin kimi əhəmiyyətli ölkələri bir-birinə birləşdirir və təbii olaraq bu hövzədəki bütün hadisə və dəyişiklikləri öz təsiri altında saxlayır.
Ona görə də Rusiya və İran İslam Respublikası kimi təsiredici ölkələrin gələcək dəyişikliklərin idarə edilməsi üçün proqramları olmasa, onların maraqları bu dəniz hövzəsində problemlərlə üzləşəcək. Amma geosiyasi reallıqlar, istisadi məntiq, təhlükəsizlik yaradan hesablar, yaxınlaşmaya getmək və uyğun maraqları regional qurumlar çərçivəsində təşkil edə və və möhkəmləndirə bilsə, regionun siyasi sistemi və təhlükəsizlik proqramları da onun çərçivəsində formalaşacaq. Bundan qeyri surətdə böhran yaradan gəlmələr regional potensiallarını təhlükəsizlik ziddiyyətləri yaratmaqla problemlərlə üzləşdirəcəklər.

  • Yazılıb
  • da (də) 2014 Oct 22