Tarix : 2014 Oct 20
Kod 44406

Türkiyə BMT-də Venesuela və Anqola ilə rəqabətdə nakam qaldı

Türkiyə rəsmilərinin BMT TŞ-da qeyri-daimi üzvlüyə səyləri nəticəsiz qalıb
AranNews - "AranNews"in "Əl-Aləm"ə istinadla verdiyi məlumatına əsasən, Türkiyənin BMT TŞ-da qeyri-daimi üzv olması üçün digər ölkələrin dəstəyini qazanmaq üçün Nyu-Yorka Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu bu işdə müvəffəqiyyət qazana bilməyib. Halbuki, ölkə rəsmiləri bu il Türkiyənin üzvlüyü üçün çox geniş səylər etmişdilər. Türkiyə cəmi 60 səs qazanmış, İspaniya, Venesuela, Maleziya, Yeni Zelandiya və Anqola isə kafayət qədər səs toplayaraq BMT TŞ-nın qeyri-daimi üzvü seçiliblər.
Son zamanlar regionda baş verən hadisələrdə Türkiyənin zəif diplomatiyası, xüsusilə də Ankaranın İraq və Suriyadakı terrorçuları dəstəkləməsi, ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın daha artıq hegemonluğa can atması BMT doplomatlarının, xüsusən də İslam ölkələrinin siyasətçilərinin nəzərindən uzaq qalmamışdır.
Hər il Baş Assambleya beş yeni üzvü 31 dekabrda dövrələri başa çatacaq keçmiş üzvlərin yerinə seçir.


  • Yazılıb
  • da (də) 2014 Oct 20