Tarix : 2014 Oct 20
Kod 44398

Linas Linkyaviçus Azərbaycana gəlir

Litvanın xarici işlər naziri Azərbaycana gəlir

Arannews - Sabah Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfər edəcək.

Litvanın Bakıdakı səfirliyindən verilən məlumata görə, səfər zamanı L. Linkyaviçus Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Oktyabrın 22-də isə Litva-Azərbaycan hökumətlərarası iclasında iştirak etmək üçün Şəmkir rayonuna yola düşəcək.

  • Yazılıb
  • da (də) 2014 Oct 20