Tarix : 2014 Oct 18
Kod 44379

Təbrizin imam cüməsi Ərəbistan şiələrinin rəhbərinin azadlığa buraxılmasını tələb etdi

İranın müsəlman xalqı Ərəbistan şiələrinin rəhbəri Ayətullah Şeyx Nəmirə zalımcasına kəsilmiş hökmü bərk pisləyir və onun azadlığa buraxılmasını istəyirlər

"AranNews"-in məlumatına əsasən, Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi Təbrizdə keçirilən cümə namazı xütbəsində Ərəbistan şiələrinin rəhbərinə qarşı çıxarılmış edam hökünə toxunaraq deyib: "Ayətullah Şeyx Nəmir Ərəbistan dövlətindən Bəqi qəbristanlığını düzəltməyi, təhsil ocaqlarında islami təlimlərin keçirilməsini, ölkədə şiə məzhəbinin əhli-sünnənin dörd məzhəbi ilə yanaşı rəsmi surətdə tanınmasını istədiyi üçün həbs edilmiş və həbsxanada çox ağır işgəncələrə məruz qalmışdır. Son günlərdə isə Ərəbistan dövləti tərəfindən ona edam hökmü kəsilmişdir."

İmam cümə əlavə edib: "Bu xəbər Ərəbistanda geniş aksiyalara və İslam dünyasında əks reaksiyalara səbəb oldu, şiələr və insan hüquqlarını dəstəkləyənlər onun azadlığa buraxılmasını tələb etdilər".

"İranın müsəlman xalqı Ərəbistan şiələrinin rəhbəri Ayətullah Şeyx Nəmirə zalımcasına kəsilmiş hökmü bərk pisləyir və onun azadlığa buraxılmasını istəyirlər"-deyə, Ayətullah Şəbüstəri artırıb.

Təbrizin imam cüməsi xütbəsinin digər bir hissəsində Türkiyə hökumətinin İŞİD terrorçularını dəstəkləməsinə toxunaraq İran dövlətindən istədi ki, Türkiyə hökuməti terrorçuları dəstəkləmək siyasəti davam etdirdiyi surətdə bu ölkə ilə münasibətlərinə yenidən baxsın.

 

  • Yazılıb
  • da (də) 2014 Oct 18