Arannews - “Son 10
ildə Azərbaycanda nikahdankənar doğulan
uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda
doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır».
Bunu deputat Fəzail
Ağamalı açıqlayıb.
Ağamalı əlavə edib
: “«Bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz.
Adamlar vətəndaş nikahında yaşayırlarsa, buna hər hansı rəsmi don geydirmək
olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə
üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı
artır.”
Deputat deyib :
«Qanunda sadəcə göstərilir ki, rəsmi və
vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir: Lakin bunun
mexanizmi yoxdur. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikahından
doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin
25 min uşağı potensial cinayətkar kimi qəbul etmək olar».
Ağamalı əlavə
edib ki, valideyn himayəsindən məhrum
olan uşaqları dövlət himayə edir, lakin bu qayğı hər kəsi əhatə edə bilməz.
Deputat, vətəndaş nikahı adlandırılmış qeyri-şər'i
cinsi əlaqələrdən doğulmuş uşağların sayının artmasının əsas səbəblərinə toxunmayıb. Lakin sosioloqları n fikrincə,
Avroviziya mədəniyyətinin yayılması Azərbaycanda nikahdankənar doğulan
uşaqların sayının artmasına gətirib çıxarıb.
Bu bir haldadır ki,
çox sayda uşağ da bu illər ərzində abort olunub. Açıqlanmış son rəqəmə görə, Azərbaycanda hər
gün 76 abort edilir.