Tarix : 2014 Oct 01
Kod 44158

QMİ mollaları zəvvarlara niyyət etdirərək Ciddədə ehram bağladıblar

Zəvvarlara Bakı hava limanında niyyət etdirərək, Ciddədə ehram bağladıblar

Arannews- həcc səfəri zamanı Məkkəyə çatan zəvvarların gəldikləri istiqamətdən asılı olaraq Məkkəyə çatmamış müəyyən məntəqələrdə həccin xüsusi geyimi olan ehram bağlaması qaydası var. Hazırda yalnız şiələr bu qaydaya riayət edərək Məkkənin qədimdən mövcud olan giriş məntəqələrinə gedərək ehram bağlayırlar. Ancaq keçən il olduğu kimi,bu il də QMİ mollaları zəvvarlara niyyət etdirərək Ciddədə ehram bağladıblar. Halbuki QMİ rəsmiləri arzu edənlərin miqata aparılacağını bildirmişdi.

Bundan başqa zəvvarların bildirdiyinə görə, bu dəfə də Məkkəyə gələn zəvvarlar gündüz vaxtı, üstüqapalı avtobuslarda gətiriliblər. Halbuki kişilərin gündüz vaxtı Məkkəyə yalnız günəş altında, heç bir gündən qorunacaq vasitə olmadan gəlməsi şərtdir. Bu şərt pozulduqda isə kəffarə (cərimə) olaraq zəvvar qurban kəsməlidir. Ancaq QMİ nümayəndələri bu şərtləri bildikləri halda zəvvarları gündüz vaxtı avtobuslarla Məkkəyə gətiriblər. Bu isə dini hökmləri, həcc qaydalarını bilən zəvvarların etirazlarına səbəb olub.

Zəvvarların daha bir narazılığı isə yeməklərlə bağlıdır. Hər il olduğu kimi bu dəfə də zəvvarların qaldığı otellərdə yemək xeyli dərəcədə keyfiyyətsiz olub. Bu isə ciddi narazılığa səbəb olub. Hətta bizə çatan məlumata görə, son 3 gündə bir sıra otellərdə zəvvarlar yeməyi otelin bufetində deyil, şəhərdəki yeməkxanalara gedərək orda yeyirlər .

  • Yazılıb
  • da (də) 2014 Oct 01