Tarix : 2014 Sep 29
Kod 44143

Möhsün Səmədova qarşı haqsızlıqlara sərt reaksiya

Biz təkcə Hacı Möhsünün hüquqlarını müdafiə etməklə kifayətlənmirik, çünki Hacı Abgül Süleymanov, Tale Bağırov və digər dindar məhbuslara da olunan işgəncələrdən xəbərdarıq

Arannews - AİM üzvləri məhbus həyatı yaşayan digər islamçıların da həbsini pislədilər.

AİP-in mətbuat xidmətinin verdiyi xəbərə görə, AİP Analitik İnformasiya Mərkəzinin növbəti toplantısı keçirilib.

Verilən məlumatda bildirilir ki, gündəlikdə -“Hacı Möhsün Səmədova qarşı qərəzli münasibətin səbəbləri, Cənubi Qafqaz Qaz kəməri layihəsinin Azərbaycan üçün faydası, BMT Baş Assambleyasının 69-cu sessiyasında diqqəti çəkən məsələlər, İŞİD-ə qarşı koalisiyanın törətdiyi faciələr” kimi mövzular ətrafında müzakirələr aparılıb.

AİP sədr əvəzi hacı Elçin Manafov iclasın gündəliyində bir çox məsələlərin qoyulmasına baxmayaraq, iştirakçıları 1-ci məsələnin müzakirəsinə daha çox diqqət ayırmağa çağırıb.

Çıxış üçün ilk söz alan Akif Heydərli gündəlikdəki bütün məsələlərə əhatəli şəkildə münasibət bildirdi. O, partiya sədri Hacı Möhsünün həbsinin əsas səbəblərini bir daha xatırladaraq, cəzaçəkmə müəssisəsində yerinin dəyişilməsini ona qarşı yeni hücum dalğası kimi qiymətləndirdi.

Akif Heydərli Möhsün Səmədovun xüsusi cəza təcridxanasında saxlanılması ilə əlaqədar ölkənin rəsmi orqanlarına müraciət olunduğunu, dünən Penitensiar Xidmət rəisinin qəbuluna gedildiyini, lakin rəis iş yerində olmadığına görə, idarənin digər məsul şəxsləri ilə bu barədə söhbət aparıldığını bildirdi:

” İdarənin rəsmiləri müraciət olunan məktubun araşdırıldığını və həftənin 1-ci günü bizə konkret cavab veriləcəyini dedilər. Biz Mədəd Quliyevlə görüşməyi də diqqətdə saxlayır.”

  AİP sədr əvəzi hacı Elçin Manafov gündəlikdə duran məsələlərin gələcək içlaslarda da müzakirə olunmasını təklif etdi. O,Möhsün Səmədova qarşı tətbiq olunan haqsızlara partiyanın dərhal ciddi reaksiya verdiyini və bu məsələnin AİP üçün daim prioritet olduğunu xatırlatdı. E.Manafov hacı Möhsün kimi insanların nəinki xüsusi cəza rejimində, hətta bir saat belə qanunsuz həbsdə saxlanılmasının yolverilməz olduğunu deyərək, hacının xüsusi cəzaçəkmə təcridxanasında həbsxana yeməyindən imtina etdiyi üçün cəza müddətinə 7 gün də əlavə olunduğunu diqqətə çatdırdı:

“Biz təkcə Hacı Möhsünün hüquqlarını müdafiə etməklə kifayətlənmirik, çünki Hacı Abgül Süleymanov, Tale Bağırov və digər dindar məhbuslara da olunan işgəncələrdən xəbərdarıq. Biz bütün vicdan məhbuslarının həbsdən azad olunması istiqamətində bütün hüquqi vasitələrdən istifadə etməklə mübarizəmizi davam etdiririk.”

AİP-in təşkilati məsələlər üzrə sədr müavini Vüqar İbayev cəmiyyətdə hacı Möhsün Səmədova qarşı qərəzli münasibətlərə görə böyük narahatlıq olduğunu, komitə sədrlərinin zəng edərək bölgələrdə bu məsələyə görə camaatın ayağa qalxmaq istədiyini və hamının AİP-in mövqeyini gözlədiyini diqqətə çatdırdı. O, həmçinin başqa təşkilatların da bu məsələdə bizimlə həmrəy olduqlarını söylədi və müraciətin nəticə verməyəcəyi təqdirdə, qanun çərçivəsində kütləvi tədbirlərə əl atılacağını dedi.

Yasamal rayon sakini, tanınmış ictimaiyyətçi Elyar Nəzərov İslam konfransı təşkilatına, mərcəiyyətin dəftərxanalarına müraciət olunmasını təklif edərək, bu haqsızlıqların dünya gündəminə çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

AİM sədri Üzeyir Heydərov hacının həbsinin hakimyyətə mesaj olan çıxışı ilə əlaqədar olduğunu vurğuladı.

Gənc islamçı Rəşad Dadaşovbütün dindarların, ruhani alimlərin haqsız həbsləri ilə əlaqədar İslami Müdafiə Komitəsinin yaradılmasını təlkif etdi. O, günahsız yerə həbs olunan bu insanların azadlığı üçün müəyyən işlər görülməsini, gələcək toplantılara ruhanilərin,tanınmış din xadimlərinin dəvət edilməsini təklif kimi irəli sürdü.

Ruhani alim Hacı Seyran bu məsələnin həllində böyük siyasət yürüdülməsinə və böyük ibadətə ehtiyac duyulduğunu bildirdi. Onun çıxışı ilə AİM-nin toplantısı öz işini başa çatdırdı.

  • Yazılıb
  • da (də) 2014 Sep 29