Tarix : 2014 Sep 29
Kod 44134

Avrasiya İttifaqı yeni güc mərkəzi olacağ

Avrasiya İqtisadi Birliyi artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək

Arannews - "Avrasiya İqtisadi Birliyinə yeni ölkələr qoşulacaq, inteqrasiyanın ilk cücərtiləri tezliklə hiss ediləcək".

bu sözləri "Kanal 5"ə müsahibəsində Rusiya Xarici İşlər naziri Serqey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya hüquq bərabərliyinin və qarşılıqlı qazancların əldə edilməsi üçün istənilən əməkdaşlığa hazırdır:

"Biz Çin, Hindistan, potsovet məkanı ölkələri ilə inteqrasiya layihələri reallaşdıracağıq. Avrasiya İqtisadi Birliyi artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək. Proses uzun müddət vaxt aparacaq amma mən əminəm ki, tezliklə artıq bizim inteqrasiyamızın müsbət nəticələri hiss olunmağa başlanacaq".

Lavrov sonda Avrasiya İttifaqının yeni güc mərkəzi olacağını vurğulayıb.

  • Yazılıb
  • da (də) 2014 Sep 29