Tarix : 2014 Sep 24
Kod 44082

İran islam respublikasi, Azərbaycanla birgə bazar açır

İran Azərbaycanın İmişli rayonu ilə sərhəd zonada müştərək bazarın yaradılmasında maraqlıdır.

Arannews- bu barədə məlumat verən İranın Meşginşəhər şəhərinin meri İbrahim İmami bildirib ki, hər iki ölkənin iqtisadi potensialı müştərək bazarın yaradılmasını şərtləndirir.

Bu məsələnin hər iki ölkənin səfirləri arasında müzakirə edildiyini deyən İ.İmami qeyd edib ki, müştərək bazarın açılması iqtisadi əlaqələrin daha da genişləndirilməsinə təkan verər.

Bu zonada yeni sərhəd-keçid məntəqəsinin açılmasını da təklif edən mer nəzərə çatdırıb ki, yeni keçid məntəqəsinin fəaliyyəti iqtisadi əlaqələrlə yanaşı, qarşılıqlı turist səfərlərini də asanlaşdırar və artırar.

  • Yazılıb
  • da (də) 2014 Sep 24