Tarix : 2014 Sep 23
Kod 44064

Avropa Olimpiya Komitələrinin Prezidenti Bakının 2015 Avropa Oyunlarına hazırlığı ilə tanış olub

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Bakıya növbəti səfəri başa çatıb. Səfər zamanı ona Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən işlərin gedişi barədə ən son məlumatlar verilib.

Arannews- Əməliyyat Komitəsindən SalamNews-a verilən məlumata görə, Patrik Hikki gələn il keçiriləcək İlk Avropa Oyunlarına hazırlıqları müzakirə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib

Prezident Hikki Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı elan olunduğu tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovla yanaşı imzaatma mərasiminin xüsusi qonağı olub.

Patrik Hikki deyib ki, “Bakı 2015 komandası tərəfindən son aylar ərzində əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi.

Mən əminəm ki, Bakı 2015 bütün dünya üzrə çox növlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı bizim gözləntilərimizi doğruldacaq.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Prezident Hikkinin səfəri bizim üçün həmişə böyük şərəfdir və bu, bütün planlarımız barədə ona ən son məlumatları çatdırmaq üçün gözəl fürsət idi.

  • Yazılıb
  • da (də) 2014 Sep 23