Tarix : 2014 Sep 23
Kod 44062

Vahid Rusiya” partiyasının üzvü Azərbaycanlı Elşən Həmzəyev erməni rəqibinə qalib gələrək deputat oldu

A.Bayramova. Rusiya Federasiyasının bütün regionlarında keçirilən seçkilərdə İvanov dairəsindən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib.

Arannews- 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib.

1972-ci ildə Astarada doğulmuş Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutunu bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.

25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionunun səlahiyyətli nümayəndəsidir.

  • Yazılıb
  • da (də) 2014 Sep 23