Tarix : 2014 Sep 23
Kod 44060

Bakı sahilində Moskva raketləri

Xəzərdə heç kim statusa malik olmasın. Moskva istəyir ki bütün nəzarət özün əlində olsun.

politoloq Vəfa Quluzadə deyib. heç kim Rusiyanın Xəzərdə təkbaşına ağalığını qəbul etməcək.
Arannews- “Bir faktı yada salmaq istəyirəm. Azərbaycan 1994-cü 20 sentyabrda Əsrin müqaviləsini imzalayanda Rusiya dərhal etiraz etdi. Moskva dedi ki, Xəzərdən neft dənizin statusu təyin edilmədiyinə görə ixrac edilə bilməz. Amma Rusiyanın bu bəyanatına heç kəs fikir vermədi. Bundan başqa, İran da Xəzərin statusuna etiraz edib deyir ki, bu bölgünü yenidən həyata keçirmək lazımdır. Tehran hər ölkəyə 20%-in verilməsini istəyir. Bu məsələ də Xəzərin statusunun yalnız konsensus vasitəsilə həll edilməli olduğuna görə qəbul edilmir. Yəni əgər bir dövlət razı deyilsə, qərar qəbul edilə bilməz. Ona görə də dövlətlər indi müəyyən razılığa gələ bilmədiyinə görə Xəzərin statusu təyin olunmayıb. Amma eyni zamanda Xəzər SSRİ zamanında sektorlara bölünüb. Sovet dövründə bütün respublikalar de-yure azad idilər. Ona görə də Xəzər dənizi onlar arasında bölünübdür. Orada da bütün ətraf dövlətlərin Xəzər dənizində payı göstərilib. Rusiyanın indi etiraz edib-etməməyinin faydası yoxdur. Çünki bütün qərarlar konsensusla qəbul olunur. Moskva gərək bütün bu ölkələri işğal etsin, ölkə rəhbərliyinə özünün adamlarını qoysun! Yalnız bundan sonra bu siyasətini həyata keçirə bilər. Ona görə də Rusiyanın bu bəyanatı boş şeydir. Moskva istəyir ki, Xəzərdə heç kim müəyyən statusa malik olmasın və bütün nəzarəti o həyata keçirsin. Bundan sonra da Həştərxandakı donanmasını raketləri ilə birgə bu ölkələrin sahillərinə gətirsin. Bunu isə Bakıdan tutmuş Tehrana qədər heç kim istəmir”.

Qeyd edək ki, az öncə Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Xəzərin sektorlara bölünməsinin tərəfdarı olmadığını bildirmişdi.

  • Yazılıb
  • da (də) 2014 Sep 23