Tarix : 2014 Sep 21
Kod 44036

Azərbaycanin Beyləqan rayonunda yeni bir korrupsiya halı

Tofiq Sadıqov müəllim işləmək istəyənlərdən 5 min manat pul alır.

Arannews - Beyləqan rayon təhsilində bibarıçı vəziyyət yaşanır. Buna səbəb təkcə təhsilin səviyyəsinin aşağı olması yox, həm də müəllim postlarının belə satışa çıxarılmasıdır. təkcə 2013-2014-cü tədris ilində rayonda 60 nəfərdən çox müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçmədən, birbaşa Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov tərəfindən işə götürülüb. 2014-2015-ci il tədrisində isə hələki- 27 şəxs ŞİRİNLİK verərək Beyləqan rayonu və kənd məktəblərində işləməyə Sadıqovdan hə cavabı alblar.

Təbii ki, bütün bunlar sözün əsl mənasında qarşılıqsız olmayıb. Əksinə, Tofiq Sadıqov hər müəllimdən 5 min manat pul alaraq, onları müsabiqədən də keçirib, üstəlik, onlara əlavə dərs saatları da yazıb. Azernews.tv-yə verilən məlumatda vurğulanır ki, təkcə Allahyarlı tam orta məktəbində iki Dil-Ədəbiyyat müəlliminin diplomunu saxtadır. İddiaya görə, hər iki müəllim Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını qiyabi bitirdikləri deyilsə də, əslində, onlar saxta yolla təhsil aldıqlarını təsdiqləyən sənədə sahib olublar. Qeyd edilir ki, həmin müəllimlərdən işə qəbul üçün 5000 manat pul alınıb. Amma burada işin ilginc tərəfi odur ki, Tofiq Sadıqov aldığı pulları başqalarının üzərinə yıxaraq, məsuliyyətdən yaxasını kənara çəkir. Məsələn, o, hər pul aldığında onu guya, rayonun icra başçısı Vaqif Abdullayevə verdiyini deyirmiş. Halbuki təhsil şöbəsinin müdiri bununla özünü sudan quru çıxarmaq üçün hörmətli icra başçısına şər atmaqdan belə çəkinmədiyi ortaya qoyur.

Qeyd edək ki, sayta Beyləqan Təhsil Şöbəsinin fəaliyyəti ilə bağlı ilginc məlumatlar daxil olub. Yaxın günlərdə biləcəksiniz ki, Tofiq Sadıqov nazir müşafiri FİLANKƏSOVLA kim vasitəsilə görüşüb hansı vəzifəyə qoyulması üçün dəstək istəyib. Və bunun müqavilinə 350 minmanat rüşvət kimə veriləcək?- Bizi izləyin ki, ölkədə şok yarada biləcək hadisədən xəbəriniz olsun...

  • Yazılıb
  • da (də) 2014 Sep 21