Tarix : 2014 Sep 21
Kod 44034

Azərbaycan Respublikası milli və regional maraqlarını hərraca qoyub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü : Bakı özü tərəfindən İrana casusluq təyyarəsi göndərməyib və bu pilotsuz təyyarə sionist rejimə aiddir

Arannews - “Mutəəllefeye Eslami” Partiyasının mətbuat orqanı olan “Şoma” ““Sameri danasına səcdə ilə şeytana baş əymənin sübutu” adlı bir məqalədə belə bir sualı ortaya qoyub: Nə üçün Azərbaycan Respublikası milli və regional maraqlarını hərraca qoyub?

Bu mətbuat orqanı Məhəmməd Əlayinin qələmindən çıxmış bu məqalədə yazıb: İran torpağında sionist rejim pilotsuzunun ovlanması və bu pilotsuz təyyarənin Azərbaycan Respublikası ərazisindən havaya qalxması xəbəri bir daha və hətta bu respublikanın müdafiə nazirliyinin təkzibinə rəğmən, göstərdi ki, Bakı-Təl-Əviv dərin bağlılığa malikdirlər.

“Şoma” mətbuat orqanı bu məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təkzibi haqda belə qeyd edib: Bu təkzib göstərir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü demək istəyibdir ki, Bakı özü tərəfindən İrana casusluq təyyarəsi göndərməyib və bu pilotsuz təyyarə sionist rejimə aiddir.

Məqalədə sonra belə əlavə olunub: Azərbaycan Respublikasının istiqlaliyyətindən ötən iki onillikdə Bakı Təl-Əvivlə xüsusi əlaqələr qurub. Bir çox beynəlxalq ekspertlər şübhə etmirlər ki, sionist rejim Azərbaycan Respublikasının İranla uzun məsafəli sərhədlərinə təhlükiəsizlik tamahkarlığı gözü dikib. Bu, Bakı rəsmilərinin də rəğbəti ilə üzləşlib. İlham Əliyev Bakının sionist rejimlə əlaqələrini arxipelaqa bənzədibdir ki, yalnız onun onda bir hissəsi görünür və onun onda doqquz hissəsi gizli qalıbdır.

1989-cu ildə hətta SSRİ-nin dağılmasından öncə İsrail-Azərbaycan Dostluq Cəmiyyəti yaradıldı. SSRİ-nin dağılmasından sonra da sionist rejim qısa müddət ərzində Bakıda səfirlik açdı. Hazırda bu qatil və qəsbkar rejim Azərbaycan Respublikası neftindən ən çox mənfəət alan tərəfdir.

MOSSAD Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ən mühüm həmkarı sayılır. Bakı cinayətkar sionist rejimlə silah alqısı üzrə ən iri müqavilə bağlayıbdır. Wikileaks-da ifşa olunmuş sənədlər göstərir ki, Bakı 2009-cu ildə sionist rejimlə təhlükəsizlik-hərbi razılaşması bağlayıbdır ki, bu rejimə Azərbaycan Respublikası ərazisindən İrana qarşı casusluq etmək icazəsi verir. 2009-cu ildən 2012-ci ilədək sionist rejim Bakıya 10 ədəd “Hermes” tipli pilotsuz casusluq təyyarəsi satıbdır. İndi görmək lazımdır ki, sionist rejimə bu yaxınlığın Azərbaycan Respublikası üçün hansı mənfəəti olubdur?

  • Yazılıb
  • da (də) 2014 Sep 21