Tarix : 2014 Sep 21
Kod 44026

Rusiya neft sənayesi təhlükədədi

Rusiyanin neft istehsalatçılarına dəstək verməlidir

Arannews - Rusiya neft sənayesi təhlükədədir.

rbc.ru xəbər verir ki, bu sözləri Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov baş nazir Medvedyevlə görüşü zamanı səsləndirib.

O, Moskvanın neft istehsalatçılarına dəstək verməli olduğunu deyib:

“Bu gün 25% neft hidrodinamik təsirlər nəticəsində əldə edilir. Bu aqreqatlar ABŞ-dan başqa demək olar ki, dünyanın heç bir yerində istehsal edilmir. Bunlar hazırda Rusiya ərazisində var və işləyir, amma dəstəyə ehtiyac duyur. Bu, Rusiyanın neft istehsalatına zərbə vura biləcək ən vacib məsələdir. Əgər biz 125 milyon ton neftdən danışırıqsa o zaman bu neftə verilməli olan dəstəyidə başa düşməliyik”.

  • Yazılıb
  • da (də) 2014 Sep 21