Tarix : 2014 Sep 19
Kod 44009

Türkiyə Azərbaycanda hərbi bazaları yerləşdirilə bilər

“Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi və iki ölkə arasında hərbi sazişin imzalanması məsələsi gündəmə gələ bilər”

www.arannews.com- Bunu politoloq Qabil Hüseynli Türkiyə Baş naziri Əhməd Davudoğlunun Bakı səfərinin detallarını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan geniş miqyaslı təlim keçirəcək. Həmin təlimlərə Türkiyə Hava Qüvvələrinin 30-a yaxın qırıcı təyyarəsi və helekopteri cəlb olunub: “Bu fürsətdən istifadə olunsa, Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi və iki ölkə arasında hərbi sazişin imzalanması məsələsi gündəmə gələ bilər”.

“Türkiyənin baş naziri Əhməd Davudoğlu, Bakı neft kontraktının bağlanmasının 20 illiyinə həsr olunacaq mərasimdə iştirak etmək üçün gəlib. Amma eyni zamanda Azərbaycanla Türkiyə arasında müəyyən məsələlər, xüsusilə hərbi və iqtisadi məsələlər müzakirə oluncaq. Yəqin ki, Trans-Anatolian Gas Pipeline (TANAP) layihəsinin açlış mərasimi reallaşacaq” – Q.Hüseynli belə deyib.

O, həmçinin Türkmən qazının xəzərin dibindən keçməklə Azərbaycan qazına birləşdilirməsi və Avropa bazarına çıxarılması məsələlələrinin də müzakirə mövzusu olacağını söyləyib: “Çox sayda iqtisadi məsələlər var ki, onlara da bu səfər zamanı toxunulacaq. Güman edirəm ki, bu səfər olduqca əhəmiyyətlidir”.

  • Yazılıb
  • da (də) 2014 Sep 19