Tarix : 2014 Sep 18
Kod 43994

Laçın rayonunda yeni kəndin tikintisi gedir

Yeni qəsəbənin tikintisini Livan erməniləri maliyyələşdirir.

Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 150 evdən ibarət olması planlaşdırlan kənddə artıq 50 evin tikintisi yekunlaşamaq üzrədir. Digər evlərin tikintisi isə davam edir.
Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb.
Qeyd edək ki, Laçın rayonun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir.
Sentyabrın 15-də ərazidəki tikinti işləri ilə tanış olmaq üçün Qarabağ separatçılarının “baş nazir”i Ara Arutunyan və “Ari” fondunun nümayəndəri kəndə gəliblər.

  • Yazılıb
  • da (də) 2014 Sep 18