Tarix : 2014 Sep 17
Kod 43991

İran və Azərbaycan Respublikası ifratçılıq və kobudluğu pisləyir

İki ölkə islam adı altında İraq və Suriyada ifratçı qruplaşmaların törətdikləri zorakılığı məhkum edir

Arannews – İranın rabitə və informasiya texnologiyaları naziri İraq və Suriyada ifratçı və terrorçu qruplaşmaların funksiyalarının İran və Azərbaycan Respublikasının baxışınca məhkum olduğunu bildirib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi dünən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri və onu müşayiət edən heyətlə görüşün kənarında regiondakı mövcud fürsət və təhdidlər barəsində deyib: İki ölkə islam adı altında İraq və Suriyada ifratçı qruplaşmaların törətdikləri zorakılığı məhkum edir.

Vaizi bildirib: Regionun xüsusi şəraiti və mövcud böhranları nəzərə alaraq İran və Azərbaycan Respublikası iki ölkənin genişlənməkdə olan əməkdaşlıqlarının bəzi düşmənçiliklərin təsiri altına düşməsinə icazə verməməlidirlər.

Vaizi həmçinin İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyələrinin həcmi barəsində deyib: Bu həcm 500 milyon dollar idi və ikitərəfli əməkdaşlıqları nəzərə alaraq neçə dəfə artırıla bilər.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də jurnalistlərə verdiyi müsahibədə ticarət dövriyyəsinin həcminin artırılması üçün çoxlu potensialların mövcud olduğuna toxunaraq deyib ki, Tehranda olduğu müddətdə iş adamları arasında münasibətlərin genişləndirilməsi və müştərək ticarət palatasının yaradılması barəsində də İran rəsmiləri ilə fikir mübadiləsi aparacaq.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri yüksək səviyyəli heyətin müşayiəti ilə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşmək və müxtəlif sahələrdə ikitərəfli münasibətlər barəsində danışıqlar aparmaq məqsədilə Tehrana səfər edib.

  • Yazılıb
  • da (də) 2014 Sep 17