Tarix : 2014 Sep 11
Kod 43947

bir jurnalist və bir sayt məhkəməyə verilir

Fazil Mustafa bir jurnalist və bir saytı məhkəməyə verir

Arannews - "AHaber" telekanalında "Yeni Çağ" qəzetinin baş redaktoru Azərbaycandakı Gülən hərəkatının şəxslərindən danışmışdı

Bu verilişdə Aqil Ələsgər deputatlar Fazil Mustafa, Osman Mirzəyev və Qənirə Paşayevanın, o cümlədən SOCAR-ın adını Gülən qrupu ilə əlaqədə hallandırmışdı.

Bundan sonra "azerinfo" saytında Aqil Ələsgərin imzası ilə bir neçə yazı gedib. Yazılardan birində deputata qarşı ittihamlar irəli sürülüb.

bu ittihamlarla bağlı Qənirə Paşayevadan sonra Fazil Mustafa da bununla bağlı açıqlama verib.

O, özünün sosial şəbəkə profilində bununla bağlı yazıb: "Haqqımda təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş Azerinfo.org saytını məhkəməyə vermək barədə qəti qərara gəldim. Buyurub yazdıqlarını sübut etsinlər, əsas məqsəd odur ki, kimsə evində olan problemin səbəbini başqa yerdə bundan sonra daha axtarmasın. Adam haqqında jurnalist çevrəsindən maraqlandım, elə bir obrazını təqdim etdilər ki, inanın ki, əl verib görüşməyə utanarsınız.

Çox zaman məhz bu kimliklər üzərimizə utanmadan gəlirlər. Maraqlıdır ki, Aqil Ələsgərin adı Ergenekon davasında da Türkiyə hakimiyyətinə qarşı komplolarda yer alır. İndi birdən-birə Türkiyə hakimiyyətinin müdafiəçisi kimi çıxış edərək, azərbaycanlıların əleyhinə mövqe sərgiləməsi düşündürücüdür.

Təbii ki, Ergenekon da siyasi bir dava idi və hüquqi əsası olmadığına görə dayandırıldı. Ancaq bütün hallarda Ərdoğan hakimiyyətini devirmək üçün qurulduğu iddia olunurdu və maraqlıdır ki, Azərbaycanda da əsasən bu şəxsin adı hallanırdı. İndi qatı Ərdoğan kursunun müdafiəçisinə çevrilməsi və onların gözündə bəraət alması üçün Azərbaycanın millət vəkillərinə, litsey məzunlarına böhtan atması anlaşılandır."

  • Yazılıb
  • da (də) 2014 Sep 11