Tarix : 2014 Aug 28
Kod 43860

Azərbaycan təkzib edir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İranda vurulmuş sionist rejim istehsallı "Hermes 450" tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları təkzib edib
Arannews -Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb!
Azərbaycan Respublikası mətbuat xidmətinin rəhbəri fikrini belə əsaslandırmağa çalışıb : "Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk".
Qeyd edək ki, avqustun 24-də İranda Sepah qüvvələri İran İslam Respublikasının hava məkanında sionist rejimin "Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsini vurublar. Sionist rejimin pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib.
Sionist rejimin Dbka Fayl saytı və bir sıra xarici KİV-lər isə kəşfiyyat təyyarəsinin Naxçivan ərazisindən buraxıldığı barədə dəqiqləşdirilməmiş məlumat yayıblar.
Bu gün İran İslam Respublikası silahlı qüvvələri Baş Qərargah rəisinin müavini general Seyid Məsud Cəzayiri İsrailin pilotsuz casusluq təyyarəsinin İranın şimal qonşularından birindən havaya qalxdığını bildirib
  • Yazılıb
  • da (də) 2014 Aug 28