Tarix : 2014 Aug 28
Kod 43858

Eldəniz Quliyev : “Qoy məni də tutsunlar, öldürsünlər!..”

Azərbaycan Respublikası Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev bir sıra siyasi basqıların ardınca məhkəməyə verilib
Arannews _Bunu benəlxalq SƏHƏR kanalına bildirən Eldəniz Quliyev vurğuladı : “Bu məhkəmə əslində güc ilə ləyaqətin arasında aparılacaq.”
Şikayətçi tərəfin Daxili İşlər Nazirliyi olduğunu bildirən Eldəniz polis orqanlarının onun məntiqli tənqidlərini təhqir kimi başa düşdüyünü bildirdi : “Polis orqanları,ilk növbədə Dövlət yol Pollisi köklü islahatlar aparmalıdır. Hər kəsə məlumdur ki, Az. hakimiyyəti polisdən dəyənək kimi istifadə edir və bu dəyənək çox zaman xalqın başına endirilir. Demokratik dəyişiklər arzusunda olanlar, məmləkəti azad və firavan görmək istəyənlər, ölkəni mənəviyyatlı,əxlaqlı görmək arzusu ilə yaşayanlar zaman-zaman məhz polis dəyənəyi ilə susdurulub. Məhz polis vasitəsi ilə günahsız insanların,o cümlədən dindarların cibinə narkotik, silah atılıb , məhz polis vasitəsiylə necə-neçə mütərəqqi düşüncəli insanlarımız şərlənib, döyülüb.”
Eldəniz Quliyev əlavə etdi : “Bütün bunları deyəndə olursan düşmən. Niyə? Nə səbəbə? Rejim öz idarəçiliyinin aqoniya mərhələsini yaşayır. Son həbslər buna sübutdur. Hə, qoy məni də tutsunlar, öldürsünlər!.. Nə olsun?! Belə idarəçilik, belə üsul-idarə olmaz!”
Eldəniz Quliyev təkid etdi : “Mən Qanunun Şah olduğu bir ölkədə yaşamaq istəyirəm. Bunlarsa nəyin bahasına olursa-olsun Şahın Qanun olduğu ölkəni qorumaq istəyirlər. Belə çox davam edə bilməz. Çünki bu əcaib və əcaib olduğu qədər də qeyri-təbii mövcudluqdur
SəhərTV,xəbərlər
  • Yazılıb
  • da (də) 2014 Aug 28