Tarix : 2014 Aug 27
Kod 43852

Azərbaycanlı deputat Sərkisyanın Türkiyədən dəvət almasını normal sayır

Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri, deputat Arif Rəhimzadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidenti Serj Sərkisyanın dəvət olunmasını normal hal sayıb
Arannews - Publika saytının məlumatına görə, A.Rəhimzadə Türkiyə prezidentinin andiçmə mərasiminə Ermənistan prezidentinin dəvət olunması ilə bağlı deyib : “Türkiyə ilə Ermənistan arasında vəziyyət yaxşı deyil. Ermənilər neçə illərdir ki, Türkiyəyə qarşı uydurma erməni soyqırımı iddiasını irəli sürüblər. Ancaq bütün bunlara baxmayaraq, Türkiyə Sərkisyanı ölkəsinə dəvət edir və düşünür ki, bəlkə adam olar. İndi vəziyyət belədir. Konfrantasiya ilə heç nəyi qəbul etmək mümkün deyil. Konfrantasiya ilə o ölkələr nəyəsə nail ola bilər ki, qarşı tərəflə eyni gücdə olsunlar və onları nəyəsə məcbur edə bilsinlər”.
Arif Rəhimzadə Azərbaycanın Rusiya ilə problemləri barəsində isə deyib : “Ümumiyyətlə, təkcə Rusiya ilə deyil, hətta qardaş dediyimiz ölkə ilə də bəzi problemlərimiz var. Çünki hər bir ölkə öz maraqlarını güdür. Ola bilsin ki, Rusiya ilə münasibətlərdəki problemlər digərlərlə müqayisədə daha çoxdur. Ancaq Rusiya ilə problemləri daha da şişirdib vəziyyəti çətinləşdirmək lazım deyil”.
SəhərTV,xəbərlər
  • Yazılıb
  • da (də) 2014 Aug 27