Tarix : 2014 Aug 26
Kod 43848

İslam Partiyası Analitik İnformasiya Mərkəzi yaradıb

Yığıncaqda mərkəzin üzvləri, qarşıda duran vəzifələr, görüləcək işlər müəyyənləşdirilib

Arannews - Azərbaycan İslam Partiyasının mərkəzi qərərgahında keçirilən toplantıda Analitik İnformasiya Mərkəzinin yaradılması qərara alınıb. Yığıncaqda mərkəzin üzvləri, qarşıda duran vəzifələr, görüləcək işlər müəyyənləşdirilib.

Bu barədə Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda deyilir. Bildirilir ki, Mərkəzin ilk iclasında çıxış edənlər Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mövcud durum, cəbhədə atəşkəs rejiminin tez-tez pozulması nəticəsində verdiyimiz itkilər, münaqişənin həlli ilə bağlı AİP-in prinsipial mövqeyi, Dini Qurumlarla İş üzrə Dövlət Kömitəsinin dini icmalarla əlaqədar çıxardığı son qərarlar barədə danışıb, təklif və rəylərini bildiriblər.

AİM-in toplantılarının hər həftənin şənbə günü keçirilməsini qərərlaşdıran partiya funksionerləri, eyni zamanda, mərkəzin daha effektiv fəaliyyətni təmin etmək üçün atılacaq mümkün addımları da müzakirə ediblər.
  • Yazılıb
  • da (də) 2014 Aug 26