Tarix : 2014 Aug 24
Kod 43820

Brayza: Putin tərəfindən başlanan soyuq müharibə Qarabağ məsələsinə kölgə salır

ABŞ-ın Azərbaycandakı sabiq səfiri və Minsk Qrupunun sabiq amerikalı həmsədri Beynəlxalq Səhər Kanalının “Azad Arena” proqramına eksklüziv müsahibə verib
Metyo Brayza müsahibədə deyir: “İcazə verin açıq danışım. Mən demədim ki, ABŞ hökuməti Ermənistanın Qarabağı işğal etməsini qəbul etmir. Mən Azərbaycan xalqının Qarabağ məsələsindən nə üçün yorulduğunu və hövsələdən çıxdığını yaxşı bilirəm. Çünki, torpaqları işğal edilib. ”
“Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin tez bir zamanda tənzimlənməsi ilə razılaşmayacaq. Çünki, Ukraynada dəhşətli bir soyuq müharibə başlatmaqdadır. ”- ABŞ-ın Minsk Qrupundakı sabiq amerikalı həmsədri belə deyib.
Müsahibənin təfərrüatı bu gecə saat 22:45-də “Azad Arena” proqramında efirə gedəcək.


  • Yazılıb
  • da (də) 2014 Aug 24