Tarix : 2014 Aug 23
Kod 43816

( Xəstənin pensiyasını niyə HƏKİM ALMALIDIR? (FOTO

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Ruhi Əsəb Dispanserində açıq-aşkar korrupsiya, özbaşınalıq, soyğunçuluq baş alıb gedir. Bunun qarşısını alan yoxdur
arannews -  Ucar rayonu S. Vurğun küçəsi ev 21- sakini Əhmədov Hüseyn Canpolad oğlunun adından FaktXəbər-ə şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Ruhi Əsəb Dispanserində açıq-aşkar korrupsiya, özbaşınalıq, soyğunçuluq baş alıb gedir. Bunun qarşısını alan yoxdur. Mənim atam - Əhmədov Canpolad Ağali oğlu bir ildir 1 saylı Maştağa Ruhi Əsəb Dispanserində Narkologiya şöbəsində müalicə olunur, özü də 1-ci qrup əlildir. Həmin şöbənin Şahanə adlı baş həkimi atamın pensiya kartını götürüb indiyə qədər pensiyasını alıb mənimsəmişdir. Bundan başqa, biz hər ay Şahanə həkimə istədiyi pulu vermişik ki, atamı yaxşı müalicə etsin. Biz elə bilmişik ki, bu belə olmalıdır, xəstənin təqaüdünü müalicə həkimi almalıdır. Bizə məlum olandan sonra ki, bu qanunsuzluqdur, aldanmışıq, 20.08.2014-cü il tarixdə Şahanə həkimdən atamın pensiya kartını istədik. O, səs-küy saldı, dedi ki, bu qanunidir, ruhi xəstənin pensiyasını baş həkim almalıdır.

Şahanə həkim indiyədək bizi soyub. Mən bu qanunsuzluq, cinayət faktı ilə əlaqədar bütün aidiyyəti orqanlara - Korrupsiyaya Qarşı mübarizə İdarəsinə, səhiyyə naziri Oqtay Şirəliyevə, Ombudsmana həm yazılı, həm də “Qaynar xətt”lərlə zəng edib şikayət etmişəm. Oqtay Şirəliyevin tabeçiliyində baş alıb gedən açıq-aşkar soyğunçuluqdan məlumatı yoxdursa, bilsin və qanunu tədbir görsün. Mən bilirəm ki, bizim şikayətlərimizdən sonra atamın həyatı təhlükədə olacaq. Buna görə də mətbuat vasitəsi ilə də Prezidentə, Baş prokurora, səhiyyə nazirinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə və Ombudsmana müraciətlə xahiş edirəm, bizə kömək edin, korrupsiyaya qurşanmış 1 saylı Ruhi Əsəb Dispanserinin Şahanə adlı həkimi barədə qanunu tədbirlər görəsiniz.









  • Yazılıb
  • da (də) 2014 Aug 23