Tarix : 2014 Aug 20
Kod 43791

Rusya qalib gəlmək mümkün deyil

ruslara qalib gəlmək mümkün deyil. Aİ və NATO Ukraynaya ciddi şəkildə daxil olmaqdan çəkinirlər. Çünki onun nəticəsi olmayacaq

Arannews - “Ən yaxşısı ruslarla döyüşə girməməkdir, çünki onlara qalib gəlmək mümkün deyil”.

bu açıqlama ilə ukraynalı keçmiş millət vəkili Oleq Çaryev Ukrayna Xarici İşlər naziri Pavel Klimkinanın Ukraynaya hərbi yardımla bağlı Avropa İttifaqı və NATO-ya müraciətinə münasibət bildirərkən söyləyib.

O, Ukrayna ərazisində döyüşən polyaklara müraciət edərək bu ərazilərdən çəkilməli olduqlarını bildirib:

“Hamıya məlumdur ki, ruslara qalib gəlmək mümkün deyil. Aİ və NATO Ukraynaya ciddi şəkildə daxil olmaqdan çəkinirlər. Çünki onun nəticəsi olmayacaq. Mən bu yaxınlarda “Donetsk Xalq Respublikası”nda düşmən tərəfindən əsir götürülən əsgərin sənədlərini gördüm. Həmin əsgər polyak idi. Ona görə də mən polyaklara müraciət edirəm. Bizim rus torpaqlarımıza soxulmaqdan əl çəkin. Nə qədər olar axı?! Siz buradan diri çıxmayacaqsınız”.

Xatırladaq ki, avqustun 15-də NATO Baş katibi Anders Foq Rasmussen Rusiyanın zirehli texnikasının Ukraynaya daxil olmasını təsdiq etmişdi. Avqustun 16-da isə Ukrayna Xarici İşlər naziri Pavel Klimkin Donbasdakı separatçılarla mübarizə aparmaq üçün Avropa İttifaqı və NATO-dan hərbi yardım istəmişdi. 

  • Yazılıb
  • da (də) 2014 Aug 20