Tarix : 2014 Aug 16
Kod 43751

Azərbaycanlı terroçunu Suriyada öldürdülər

Suriyada terrorçuların tərkibində və Suriya dövləti əlehinə əlinə silah alıb, döyüşüən daha bir azərbaycanlı öldürülüb
Yaxınlarının APA-ya verdiyi məlumata görə, Suriyada gedən döyüşlərdə öldürülən azərbaycanlı İŞİD silahlı qruplaşması tərkibində vuruşan Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü Ramin Ağasəf oğlu Abdullayevdir.
R. Abdullayevin ölüm xəbəri və meyitinin fotoları ailəsinə çatdırılıb. R. Abdullayev Suriyada basdırılıb.
Yaxınlarının dediyinə görə, bir uşaq atası olan R. Abdullayev uzun müddət Rusiyada yaşayıb.
Bir müddət əvvəl isə o, Zərdaba qayıdıb və döyüşmək üçün Suriyaya gedib.
İndiyədək onlarla azərbaycanlı terrorçu- vəhhabi Suriyada öldürülüb. Suriyanın ardınca İraqda vəziyyət gərginləşəndən sonra, Azərbaycanda vəhhabilərin fəallaşmasına baxmayaraq, Azərbaycan hökuməti onları bir dəfəlik yığışdırmadı.


  • Yazılıb
  • da (də) 2014 Aug 16