Tarix : 2014 Aug 12
Kod 43725

Putin Sərkisyanı məzuniyyətə göndərdi

Serj Sərkisyan dünən qısamüddətli məzuniyyətə gedib

Arannews - Ermənistan prezidenti Serj Sərkisyan dünən qısamüddətli məzuniyyətə gedib.

tert.az  xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibinin yaydığı məlumatda məzuniyyətin ölkə xaricində keçiriləcəyi qeyd olunur.

Xatırladaq ki, Ermənistan prezidenti Soçi görüşünə qədər Azərbaycanın təmas xəttində aktivləşdiyini bəyan edərək, birmənalı şəkildə Qarabağ problemnin sülhlə həll edilə biləcəyini dilə gətirirdi. Prezidentlərin atəşkəsə əməl edəcəkləri ilə bağlı Soçi razılaşmasından sonra İrəvana qayıdan Sərkisyan 300 km-lik hədəfi vurmaq imkanına malik raketlərə sahib olduqlarını və bu silah vasitəsilə Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabazara çevirə biləcəklərini açıqladı.

Görünür, Putin atəşkəsə riayət ediləcəyi ilə bağlı Sərkisyanı o qədər əmin edib ki, Ermənistan prezidenti qəflətən danışıq ritorikasını dəyişdi, hətta təmas xəttindəki gərginliyin hələ aradan qalxmadığı bir məqamda ölkə xaricinə istirahətə yollandı.

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi və 9 Azərbaycan əsgərinin şəhid olduğu diversiya əməliyyatı zamanı Müdafiə naziri Zakir Həsənov ölkə xaricində qısamüddətli məzuniyyətdə idi.

  • Yazılıb
  • da (də) 2014 Aug 12